Menyu

Belarus Rusiyadan Mi-35M helikopterləri alıb

Belarus Rusiyadan Mi-35M helikopterləri alıb

Belarus Rusiyadan Mi-35M helikopterlərinin daha bir partiyasını təhvil alıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bu dəqiqələrdə Belarus ordusu ilə xidmətə girən Mi-35M helikopterlərinin daha bir partiyası Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin aerodromlarından birinə enir", - məlumatda deyilir.

2 min km-dən çox marşrut üzrə dörd helikopter Rusiya Silahlı Qüvvələrinin təlim mərkəzində təlim keçmiş Belarus pilotları tərəfindən idarə edilib.

Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini - Aviasiya rəisi polkovnik Leonid Davidoviç bildirib ki, texnikalar tezliklə işə düşəcək və yaxın gələcəkdə yeni Mi-35M-lər döyüş növbətçiliyinə keçəcək və digər döyüşlərdə tam iştirak edəcək. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər