Menyu

İsrail ordusu Hizbullahın hərbi düşərgəsinə zərbələr endirib

İsrail ordusu Hizbullahın hərbi düşərgəsinə zərbələr endirib
1 dəq oxu

İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus döyüş təyyarələri Livanda Hizbullah hərəkatının Radvan düşərgəsinə zərbələr endirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bir müddət əvvəl İDF döyüşçüləri Hizbullah terror təşkilatının Radvan birləşmələrinə məxsus 7 obyektin olduğu Xiam bölgəsindəki hərbi düşərgəyə zərbələr endirib", - mətbuat xidməti əlavə edib.

Ordu qeyd edib ki, bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Qolan təpələri bölgəsinə və Manara şəhərinə bir neçə raket atılıb: "Cavab olaraq, İDF Livanın cənubundakı Kavkaba və Meys əl-Cəbəl bölgələrində atəş açılan ərazilərə zərbələr endirib".

Əlaqəli Xəbərlər