Menyu

İran İsraildəki hədəfləri vura bilən raketlərin siyahısını dərc edib

İran İsraildəki hədəfləri vura bilən raketlərin siyahısını dərc edib

İran İsraildəki hədəfləri vura bilən 9 növ raket istehsal edir.

"Operativ Media" xəbər verir ki, bu barədə “ISNA” nəşri məlumat yayıb.

Açıqlanan siyahıya “Sajil”, “Xeybar”, “Emad”, “Shahab-3”, “Ghadr”, “Paveh”, “Fattah-2”, “Xeybar Shekan” və “Haj Qasem” ballistik raketləri daxildir.

“İsrail rejiminin Dəməşqdəki İran konsulluğuna hücum cinayətindən sonra İranın bu cinayətə cavabı İsrailə ağır kölgə salacaq”, - deyə nəşr yazıb.

Qeyd edək ki, aprelin 1-də Suriyanın müdafiə nazirliyi İsrailin zərbəsi nəticəsində İranın Dəməşqdəki konsulluğunun tamamilə dağıdıldığı barədə məlumat yayıb. Həmin vaxt binada olanların hamısı xəsarət alıb.

 

Sadiq Cavadov

Teqlər:

"\u0130ran \u0130sraild\u0259ki h\u0259d\u0259fl\u0259ri vura bil\u0259n raketl\u0259rin siyah\u0131s\u0131n\u0131 d\u0259rc edib"

Əlaqəli Xəbərlər