Menyu

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ olub

Ermənistanda zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanlar saat 18:31-də qeydə alınıb.

Zəlzələ Aşotsk kəndindən 19 km cənub-şərqdə qeydə alınıb, mənbə 10 km dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 4 bal olub.

Zəlzələ Şirak və Lori rayonlarında 2-3 bal gücündə hiss edilib.

Teqlər:

"Erm\u0259nistanda z\u0259lz\u0259l\u0259 olub"

Əlaqəli Xəbərlər