Menyu

Rusiyada Özbəkistan vətəndaşlarını daşıyan avtobus qəzaya uğrayıb, 2 nəfər ölüb

Nərmin Qocamanlı
Rusiyada Özbəkistan vətəndaşlarını daşıyan avtobus qəzaya uğrayıb, 2 nəfər ölüb
1 dəq oxu

Rusiyanın Samara vilayətində Özbəkistan vətəndaşlarını daşıyan avtobusun qəzaya uğraması nəticəsində 26 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Regional Səhiyyə Nazirliyi RİA Novosti-yə bildirilib.

"Hadisə nəticəsində 2 nəfər həlak olub, 26 nəfər yaralanıb. Zərərçəkmişlərdən 4 nəfərə ambulator, 22 nəfərə isə rayonun səhiyyə müəssisələrində tibbi yardım göstərilib", - məlumatda deyilir.

Məlumata görə, avtobusda ümumilikdə 66 nəfər olub.

Əlaqəli Xəbərlər