KİV: Yunanıstan Ukraynaya 32 F-16 qırıcısı təhvil verə bilər
Nərmin Qocamanlı
Yunanıstan utilizasiyaya məruz qalan 108 köhnə qırıcını satmağa hazırlaşır, onlardan 32 F-16C/-D Blok 30 təyyarəsi böyük ehtimalla Ukraynaya veriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə newsbreak.gr informasiya portalı məlumat yayıb.
Bildirilib ki, yeni silahların xərclərini ödəmək üçün istismardan çıxarılmalı olan 108 qırıcının satılması planlaşdırılır.Bunlar 32 F-16C/-D Block 30, 24 Mirage 2000-5 Mk.2 və 33 F-4E PI2000 təyyarəsidir.
"Satışdan əldə olunan gəlirin 2 ilə 2,5 milyard avro arasında ola biləcəyi barədə təxminlər var", - nəşr yazır.