http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Youtube" hesablarının oğurlanmaması üçün nələr etməliyik?

08 Aprel 2024 , 11:55
"Youtube" hesablarının oğurlanmaması üçün nələr etməliyik?

Son vaxtlarda "Youtube" profillərinin ələ keçirilməsi məsələsi gündəmdədir. Maraqlıdır ki, ələ keçirilmiş hesabların geri qaytarılması prosesi də xeyli ləngiyir. 

Bəs "Youtube" hesablarının oğurlanmaması üçün nələr etməliyik?

Məsələ ilə əlaqədar rəqəmsal marketinq mütəxəssisi Həsən Fətəliyev "Operativ Media"ya açıqlamasında bildirib ki, "YouTube" hesablarını oğurlamaq istəyənlər parol sındırma və "Kali Linux" kimi müxtəlif  üsullardan istifadə edirlər:

""YouTube" yarandığı gündən bu günədək milyonlarla videonun mövcud olduğu platformadır. Aktiv pul qazanma xüsusiyyəti ilə daha çox istifadəçiyə çatan video platformasının populyarlığı hesabların oğurlanması kimi halların da baş verməsinə gətirib çıxarır. İstənilən halda sosial platformalarda təhlükəsizlik tədbirlərini yerinə yetirməsəniz, hesabınız oğurlana bilər.  Kanal oğurlamaq üçün ən çox telefon nömrəsi, mail adresi, linkdən, parol təxmin etmə proqramları və "Kali Linux" əməliyyat sistemindən istifadə edilir.

Mail ünvanınızı sındırmağın mənfi tərəfi onunla əlaqəli bütün proqramlara girişinizin məhdudlaşdırılmasıdır. Aktiv monetizasiya funksiyası olan "YouTube" hesablarından istifadə edən insanların çoxu 2024-cü ildə ikifaktorlu doğrulamadan istifadə edəcək. Bununla belə, e-poçtunuzu və telefonunuzu ələ keçirən hakerlər ikifaktorlu yoxlamasını keçərək hesabınıza daxil ola bilərlər. Bunun qarşısını almağın ən yaxşı yolu qoşulmuş hesab haqqında şəxsi məlumatların olduğu digər maillərdən istifadə etməkdir. Bunu da qeyd edim ki, əsasən, "hotmail" istifadəçilərinin kanallarını oğurlamaq daha asan olur. Çünki "hotmail" bir müddət istifadə olunmadıqda silinir və eyni adla yeni hesab açmaq mümkün olur. Ancaq "Gmail"də bu mümkün deyil".

Mütəxəssis qeyd edib ki, linkdən istifadə edərək kanalın oğurlanması üsulu adətən "Youtube" linkinə bənzər keçidlərdən istifadə etməklə həyata keçirilir:

"Kanal sahibi bu linkə klikləyərək öz hesabını və şifrəsini daxil etdikdə həmin məlumatlar hakerlərin əlinə keçir. Linklərdən istifadə edərək "YouTube" hesablarını oğurlamaq istəyənlər adətən "Jotform" və ya bənzəri proqramlar vasitəsilə hazır skriptlərdən istifadə edirlər. Platformalar hər il yeniləndikcə müəyyən müddətdə bəzi səhvlər mövcud olur. "YouTube" hesabını oğurlamaq istəyən insanlar səhv yeniləmələrdən faydalana bilərlər. Müəyyən hallara görə "YouTube"da yeniləmə boşluqları yarana bilər. Bu cür platformaların müxtəlif versiyaları olsa da, təhlükəsizlik tədbirlərinin hücumlardan sonra daha çox inkişaf etdiyini unutmaq olmaz. Hər gün yeni bir hücum üsulunu sınayan hakerlər təhlükəsizliyin boşluqlarını tapmaq üçün bir çox proqram təminatını sınayırlar. Buna görə də hesablarınızı qorumaq həmişə vacib olacaq".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Sumqayıtda zavodda yanğın olub

Sumqayıtda zavodda yanğın olub

İki rayonda qazın verilişi bərpa olunub

İki rayonda qazın verilişi bərpa olunub

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

XƏBƏR LENTİ
  • 00:51

    ÇL: "Real Madrid" Münhen səfərindən sərfəli nəticə ilə qayıdır
  • Dünən
    23:28

    Ukraynanın iki bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    23:08

    ABŞ Çinlə münaqişəyə hazır olmağın vacib olduğunu bildirib
  • Dünən
    22:55

    Bolqarıstan ABŞ ilə F-16-ların tədarükü ilə bağlı müqaviləyə dəyişiklik edib
  • Dünən
    22:40

    Gürcüstan parlamenti mayın 1-də xarici agentlər haqqında qanun layihəsinə yenidən baxacaq
  • Dünən
    22:26

    Rumıniya və Moldova Aİ, NATO, ATƏT və BMT ilə hərbi əməkdaşlıq edəcək
  • Dünən
    22:11

    Sumqayıtda zavodda yanğın olub
  • Dünən
    21:59

    Tbilisidə etirazçılar parlament binasını mühasirəyə almaq qərarına gəliblər
Menyu