Bu gün tam Günəş tutulması baş verəcək
Bu gün tam Günəş tutulması baş verəcək və beş saatdan çox davam edəcək.
"Operativ Media" xəbər verir ki, Moskva Planetariumunun mətbuat xidmətindən verilən məlumata görə, Ayın Günəşin qarşısını alması təxminən 4,5 dəqiqə ərzində Meksikada görünəcək. Bütün mərhələ isə Şimali Amerikadan və Sakit və Atlantik okeanlarındakı bəzi adalardan da müşahidə ediləcək.
“Meksikanın şimalında Bakı vaxtı ilə saat 22:17-də tutulmanın ən böyük mərhələsi 1,029 bal gücündə müşahidə ediləcək və ümumi fazanın müddəti 4 dəqiqə 28 saniyə olacaq. Çılpaq gözlə baxıldığında, tamamilə qapalı Ayın ətrafında Günəşin tacını, parlaq ulduzlar və ya planetləri görmək olacaq", - deyə bildirilib.
Günəş tutulması, o cümlədən qismən fazalar, yerli vaxt ilə saat 19:42-dən 00:52-dək davam edəcək. Bu gün Ayın Yerə yaxınlığına görə görünən diametri (353,321 km) Günəş diskindən 1,0566 dəfə böyük olacaq, yəni Ay onu tamamilə əhatə edəcək.
Qeyd edək ki, Günəş və Ay tutulmaları iki həftə ara ilə altı aydan bir baş verir. Ay tutulmaları tam aylarda baş verirsə, günəş tutulmaları yeni aylarda olur. Bu zaman Günəş, Yer və Ay bir cərgədə düzülür. Yer ortada olanda insanlar Ay tutulmasını, Ay ortada olanda isə Günəş tutulmasını müşahidə edirlər.