Menyu

Türkiyədə yeraltı kartof anbarı çöküb, ölən və yaralananlar var

Nərmin Qocamanlı
Türkiyədə yeraltı kartof anbarı çöküb, ölən və yaralananlar var
1 dəq oxu

Türkyənin Niğde bölgəsində kartof anbarının tikintisi zamanı baş verən çökmə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, şəhərin mərkəzinin Çarıklı kəndində təbii kartof anbarının tikintisində yeraltı qazıntı zamanı çökmə əmələ gəlməyə başlayıb.

Vəziyyəti görən və yerin altından çıxmağa çalışan fəhlələr uçmanın yaratdığı təzyiq nəticəsində çölə atılıb.

Xəbər üzərinə bölgəyə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib.

Yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Əlaqəli Xəbərlər