Menyu

KTMT ölkələri terrorizmdən azad Əfqanıstan üçün çağırış edib

KTMT ölkələri terrorizmdən azad Əfqanıstan üçün çağırış edib
1 dəq oxu

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov KTMT ölkələrinin Əfqanıstanla bağlı mövqeyini BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri Roza Otunbayevaya təqdim edib.

"Operativ Media"nın məlumatına görə, KTMT-nin saytında dərc edilmiş bəyanatda deyilir ki, təşkilat üzvləri sülh və terrordan azad Əfqanıstanın tərəfdarıdırlar. 

"KTMT-nin baş katibi vurğulayıb ki, KTMT-yə üzv dövlətlər Əfqanıstanın müstəqil, vahid və sülhsevər, terrorizmdən, müharibədən və narkotiklərdən azad dövlət kimi qurulmasının tərəfdarıdırlar", - deyə KTMT qeyd edib.

Otunbayeva, öz növbəsində, regionda sülhün və sabitliyin təmin edilməsi, Əfqanıstanın beynəlxalq aləmə reinteqrasiyası naminə BMT-nin himayəsi altında göstərilən beynəlxalq yardımın əsas istiqamətləri barədə məlumat verib. O, həmçinin ölkənin daxili siyasi inkişafı ilə bağlı müşahidələrini bölüşüb

Əlaqəli Xəbərlər