İsrail tərəfi Rəfah əməliyyatının tarixini dəqiqləşdirib
"İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkmir, onun başlama tarixi artıq müəyyənləşib".
"Operativ Media" xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq - ilk növbədə, bütün girovlarımızı azad etmək və HƏMAS üzərində tam qələbəyə nail olmaq istəyirik. Bu qələbə üçün Rəfəha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bu baş verəcək, bir tarix var", - baş nazir bildirib.
Bununla belə, Netanyahu konkret tarix açıqlamayıb.
Teqlər:
"\u0130srail t\u0259r\u0259fi R\u0259fah \u0259m\u0259liyyat\u0131n\u0131n tarixini d\u0259qiql\u0259\u015fdirib"