Menyu

Sunak və Makron Ukraynaya dəstəyin artırılmasını müzakirə ediblər

Sunak və Makron Ukraynaya dəstəyin artırılmasını müzakirə ediblər

Böyük Britaniyanın baş naziri Rişi Sunak və Fransa prezidenti Emmanuel Makron Ukraynaya döyüş sursatı, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması məsələsini müzakirə ediblər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Böyük Britaniya baş nazirinin dəftərxanası məlumat yayıb.

Qeyd edilib ki, Sunak və Makron Ukrayna ilə münaqişədə Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün səylərin artırılmasının vacibliyi haqqında razılığa gəliblər: "Onlar qarşıdakı aylar üçün prioritetləri, o cümlədən Ukrayna Silahlı Qüvvələri üçün döyüş sursatı, pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasını müzakirə ediblər".

Həmçinin qeyd edilib ki, Sunak və Makron Qəzza zolağında dərinləşən humanitar böhrandan dərin narahatlığı bölüşür və dərhal humanitar fasilə elan edilməsinin vacibliyini vurğulayıb.
 

Teqlər:

"Sunak v\u0259 Makron Ukraynaya d\u0259st\u0259yin art\u0131r\u0131lmas\u0131n\u0131 m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər