Fransa Ermənistana hərbi texnika tədarük etmək qərarına gəlib
Nərmin Qocamanlı
Fransa Ermənistana hamının əldə etmək istədiyi hərbi texnika tədarük etmək qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bunu Fransanın İrəvandakı səfiri Olivye Dekotini deyib.
Diplomat bildirib ki, Fransa həqiqətən də hər kəsin sahib olmaq istədiyi texnologiyaya malikdir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, ordunun inkişaf konsepsiyası dəyişdirilməlidir, çünki İrəvan artıq Rusiya ilə təkcə hərbi-texniki əməkdaşlığı inkişaf etdirə və müdafiə əlaqələrini artıra bilməz.
Baş nazirin sözlərinə görə, ölkə ABŞ və Fransa ilə hansı hərbi əlaqələr qura biləcəyini təhlil etməlidir.
Teqlər:
"Fransa Erm\u0259nistana\u00a0h\u0259rbi texnika t\u0259dar\u00fck etm\u0259k q\u0259rar\u0131na g\u0259lib"