http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ekspert: "Bu cür qatıqlar təbii üsullarla hazırlanmır"

09 Aprel 2024 , 16:08
Ekspert: "Bu cür qatıqlar təbii üsullarla hazırlanmır"

Qatığın tərkibi müxtəlif elementlərlə zəngindir. Təbii ki, orqanik qatığın faydalı da olduqca çoxdur. Lakin təəssüf ki, hazırki dövrdə qatığa müxtəlf qatqılar əlavə edilir. Hətta bəzən istehlakçılar qatığın üzərindəki qaymağın, əslində, salfet olduğunun fərqinə varıblar.

Mövzu ilə əlaqədar qida üzrə mütəxəssis İlkin Şirinov "Operativ Media"ya açıqlamasında bildirib ki, süni şəkildə yaradılan qatıqlar insanda bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur:

"Birinci növbədə bilmək vacibdir ki, qatıq özü-özünə yarana bilən qidadır və onun istehsalında yalnız təbii süddən istifadə olunur. Həmçinin qatıq ev şəraitində hazırlana bilər. Son zamanlar qatığın içərisində müəyyən inqridentlər və qida əlavələri qatılır. Ev şəraitində hazırlanan qatığın üzərindən qaşıqla bir balaca götürəndə qaşığın yerinin, yəni qatıq götürülən hissənin su ilə dolduğunun şahidi oluruq. Çünki ev qatığı sulu olur, lakin bəzi işbazlar bunun qarşısını almaq üçün və marketlərdə satılan qatığın rəf ömrünü uzatmaq üçün bunun tərkibinə nişastadan və müəyyən qatqılardan istifadə etməklə onun ömrünü uzatmış olurlar. Bu nişasta və ya jelatin qatığın ömrünü uzatmaqla yanaşı onda insan sağlamlığı üçün ziyanlı bir maddə əmələ gətirir. Artıq bu qatıq süni şəkildə yaranmış qida sayılır və insanda bağırsaq xəstəliklərinin, qəbizliyin yaranmasına gətirib çıxarır".

Ekspert qeyd edib ki, günümüzün işbazları təbii südün separator vasitəsilə yağını alıb ondan qatıq düzəltməyə çalışırlar:

"Artıq təbii südün yağı alındıqdan sonra ondan keyfiyyətli qatıq istehsal etmək olmur və məcbur onun tərkibinə xüsusi E maddələri qatırlar. Aparılan bir araşdırmaya görə, E-211 maddəsi - natrium benzoit süd məhsullarının tərkibinə qatılır ki, ondan keyfiyyətli yox, uzunömürlü qatıq məhsulu alsınlar. Sonra işbazlar həmin sənaye üsulu ilə hazırlanan südün tərkibinə müxtəlif marqarin, soya yağları vurmaqla özlüklərində onda bir qatılıq və uzunömürlük yaradırlar. Bu gün bizim marketlərdən aldığımız qatığı aylarla ev şəraitində saxlasaq, xarab olmur. Amma ev şəraitində hazırlanan qatığın xarab olma və saxlama müddəti nə qədərdir? Müəyyən bir müddət keçdikdən sonra təbii qatığın üzərində kif və maya müşahidə olunur. Separator vasitəsilə yağı alınan süddən hazırlanan qatığın tərkibinə nişasta qatılır ki, qatı olsun və üzərinə salfetlər qoyulur ki, suyunu alsın. Həmçinin müştəriyə ev qatığı kimi rahat sırımaq üçün də üzərinə marqarin tipli yağlar əridilib tökülür".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Küləkli hava sabahadək davam edəcək

Küləkli hava sabahadək davam edəcək

Bakıda yanğın olub, ölən var

Bakıda yanğın olub, ölən var

Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO

Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO

XƏBƏR LENTİ
  • 08:39

    Brazilyada sel nəticəsində 10 nəfər ölüb, 21 nəfər itkin düşüb
  • 08:35

    Küləkli hava sabahadək davam edəcək
  • 08:33

    Bakının bir sıra yollarında tıxac müşahidə olunur
  • Dünən
    23:33

    Kolumbiya mayın 2-dən İsraillə diplomatik münasibətləri kəsir
  • Dünən
    23:11

    Azərbaycanda pul bazası 14 % artıb
  • Dünən
    23:11

    Bakıda yanğın olub, ölən var
    Bakıda yanğın olub, ölən var
  • Dünən
    23:01

    Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
  • Dünən
    22:56

    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
    Paşinyan: Geri verilən 4 kənd heç vaxt bizim olmayıb
Menyu