Yenilənmiş "Nissan Qashqai"nin təqdimat tarixi açıqlanıb
Nərmin Qocamanlı
Yenilənmiş Nissan Qashqai nümayiş etdirilib.
"Operativ Media" xəbər verir ki, avtomobilin təqdimatı 17 aprel 2024-cü ildə baş tutacaq.
Hazırkı üçüncü nəsil Nissan Qashqai 2021-ci ildə satışa çıxarılıb və üç ildən sonra model üçün genişmiqyaslı yeniləmə hazırlanıb. Eksteryer qabaq optikanın konstruksiyasını dəyişdirərək modernləşdirilib: LED faralar kapotun yan tərəflərində uzun nazik xətlərlə uzanıb, aşağı hissələr isə bucaq altında yerləşdirilib və radiator barmaqlığına inteqrasiya olunub.
Texniki hissədə heç bir dəyişiklik gözlənilmir. Avropada model əvvəlki kimi müxtəlif hibrid versiyalarda satılacaq. Birincisi, 12 voltluq başlanğıc generatoru ilə tamamlanan 1,3 litrlik turbo-dörd mühərrikli yumşaq hibriddir. Bu krossover iki güc variantı ilə təklif olunur: 140 və 158 at gücü. İkincisi, 1,5 litrlik daxili yanma mühərrikinin generator funksiyasını yerinə yetirdiyi və krossoverin 190 at gücünə malik elektrik mühərriki ilə təchiz olunduğu e-Power quraşdırmasıdır.
Hazırkı "Nissan Qashqai"nin qiymətləri 29 440 avrodan başlayır. Modelə avropalılar arasında tələbat var. 2023-cü ilin sonuna onun satışları dörddə bir artaraq 144,6 min ədədə çatıb.
Teqlər:
"Yenil\u0259nmi\u015f \"Nissan Qashqai\"nin t\u0259qdimat tarixi a\u00e7\u0131qlan\u0131b"