Rusiyada sel suları altında qalan evlərin sayı 10 min 550-yə çatıb
Nərmin Qocamanlı
Rusiyada sel suları altında qalan evlərin sayı 10 min 550-yə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ölkənin 37 rayonunda 226 yaşayış məntəqəsi çay daşqınlarından zərər çəkib.
Su altında qalan bağların sayı 19 min 139, körpülərin sayı isə 160 olub.
Daşqın təhlükəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilən Kurqan və Tümen vilayətlərinin bəzi yerlərində müvəqqəti məskunlaşma mərkəzləri yaradılıb, evakuasiyalara başlanılıb.
Teqlər:
"Rusiyada sel sular\u0131 alt\u0131nda qalan evl\u0259rin say\u0131 10 min 550-y\u0259 \u00e7at\u0131b"