Menyu

DİN: Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxslər həbs olunub

DİN: Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxslər həbs olunub

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar:

"Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir", - DİN-dən bildirilib.

Teqlər:

"D\u0130N: Sosial \u015f\u0259b\u0259k\u0259l\u0259rd\u0259 qeyri-etik payla\u015f\u0131mlar ed\u0259n \u015f\u0259xsl\u0259r h\u0259bs olunub"

Əlaqəli Xəbərlər