06 Oktyabr 2022, 14:57
Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib
Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib şəkil
Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edilib

Özbəkistanda tutulan Şərəf Aşurəliyev Azərbaycana ekstradisiya edilib.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Azərbaycanın Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirlənirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.

Belə ki, Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.

Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Şərəf Aşurəliyev hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.

Son xəbərlər
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək