UNEC QS reytinqində yeni uğura imza ataraq, dünyanın 351-400 universiteti arasında yer alıb
UNEC yeni bir uğura imza atıb.
Universitetdən "Operativ Media"ya verilən xəbərə görə, aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC "İqtisadiyyat, Ekonometrika" üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəlib.
Bundan əlavə, UNEC ilk dəfə "Sosial elmlər və menecment" üzrə dünyanın ən yaxşı 501-550-ci universiteti olub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma