Menyu

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycanda

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycanda
1 dəq oxu

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb.

“İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib.

Qeyd edək ki, aprelin 4-də İsrail Xarici İşlər Nazirliyi COP28-in təsirləri və noyabrda Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı qurumlararası konfrans təşkil edib. Konfrans nazirliklərin, biznes sektorunun, elmi dairələrin və yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçirilib. Konfrans çərçivəsində Karmela Şamir İsrailin COP29-da iştirakı üzrə yeni təyin edilən milli koordinator olduğu açıqlanıb.

 

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər