Menyu

Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər

Gürcüstan ilə Çin viza rejimini ləğv ediblər

 

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.

 

Teqlər:

"G\u00fcrc\u00fcstan il\u0259 \u00c7in viza rejimini l\u0259\u011fv edibl\u0259r"

Əlaqəli Xəbərlər