İsrail HƏMAS-ın maliyyələşdirilməsinə cavabdeh olan şəxsi zərərsizləşdirib
Qəzza zolağının cənubundakı Rəfah şəhərində təşkilatın hərbi qanadının maliyyələşdirilməsinə cavabdeh olan Fələstinin "HƏMAS" hərəkatının üzvü zərərsizləşdirilib.
"Operativ Media"nın məlumatına görə, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb.
Məlumata əsasən, ÇAXAL və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) birgə əməliyyatı nəticəsində Nasser Yaqub Cabber Nasser məhv edilib.
"HƏMAS-ın hərbi qanadı ilə fəaliyyətini çərçivəsində o, HƏMAS-ın Rəfahdakı hərbi əməliyyatlarının çox hissəsini maliyyələşdirib", - deyə bildirilib.
Qeyd edilib ki ki, ötən ilin dekabrında hərəkatın zərərsizləşdirilən üzvü hərbi əməliyyatların maliyyələşdirilməsi üçün HƏMAS-a yüz minlərlə dollar göndərib.
Teqlər:
"\u0130srail H\u018fMAS-\u0131n maliyy\u0259l\u0259\u015fdirilm\u0259sin\u0259 cavabdeh olan \u015f\u0259xsi z\u0259r\u0259rsizl\u0259\u015fdirib"