İran qarşıdakı 24-48 saat ərzində İsrailə hücum edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə "Wall Street Journal" yazıb.
Jurnalda bildirilib ki, İran İsrailin cənub və ya şimal hissələrini hədəfə ala bilər.
NTV-nin məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşavirlərindən biri hücum planlarını Ali Rəhbərin qarşısında olduğunu və hələ onun siyasi risklərini dəyərləndirdiyini deyib.
Qeyd edək ki, Tehran ötən həftə Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunu hədəf alan hava hücumuna görə İsrailə cavab verəcəyini bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusunun 7 üzvü, o cümlədən iki yüksək rütbəli komandir hava zərbəsi nəticəsində həlak olub. ABŞ-ın yüksək rütbəli rəsmiləri keçən həftə İranın İsrail və ya Amerikanın Yaxın Şərqdəki aktivlərinə qarşı cavab tədbirləri görəcəyini bildiriblər.
Teqlər:
"\u0130ran yax\u0131n vaxtlarda \u0130srail\u0259 h\u00fccum ed\u0259 bil\u0259r"