Menyu

Argentinada hökumət əleyhinə nümayişlərdə 12 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Argentinada hökumət əleyhinə nümayişlərdə 12 nəfər saxlanılıb

Cənubi Amerika ölkəsi Argentinada Xavyer Miley hökumətinə qarşı keçirilən etiraz aksiyalarında 12 nəfər saxlanılıb.

"Operativ Media" yerli mediaya istinadən xəbər verir ki, yüzlərlə insan paytaxt Buenos-Ayresdəki bulvarda toplaşaraq hökumətin iqtisadi siyasətlərinə reaksiya verib.

Nümayişlər zamanı baş verən insidentlər nəticəsində təhlükəsizlik qüvvələri 12 nəfəri saxlayıb, yaralananlar var.

İzdiham qrupları daşıdıqları plakat və pankartlarda Milei hökuməti əleyhinə şüarlar səsləndiriblər.

Polis onlara daşla hücum edən etirazçılara gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.

Qeyd edək ki, Argentinada Milei prezident seçkilərində qələbə çaldıqdan sonra solçu qruplar və həmkarlar ittifaqları tərəfindən tez-tez etirazlara məruz qalıb.

Teqlər:

"Argentinada h\u00f6kum\u0259t \u0259leyhin\u0259 n\u00fcmayi\u015fl\u0259rd\u0259 12 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər