Qriqoryan: "Ermənistanın ABŞ və Aİ ilə əməkdaşlığı Avrasiya İqtisadi İttifaqına qarşı yönəlməyib"
Nərmin Qocamanlı
Ermənistanın ABŞ və Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı Avrasiya İqtisadi İttifaqına (Aİİ) qarşı yönəlməyib.
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan "RİA Novosti"yə bildirib.
"Ermənistan Respublikası ticarət-iqtisadi əlaqələrini daha da şaxələndirmək niyyətində olduğunu bəyan edib. Bu gün demək olar ki, bütün ölkələr bu tip iqtisadi siyasət aparır və bu, heç bir ölkə və ya birliyə qarşı aparılmır. Ermənistanın ABŞ və Aİ ilə əməkdaşlığı ticarətin diversifikasiyası siyasətidir".
Onların sıx qarşılıqlı fəaliyyətinin Aİİ üzvlüyünə mane olub-olmaması və ölkənin bu ittifaqdan çıxacağı ilə bağlı suala Qriqoryan cavab verib ki, iqtiisadi əlaqələr heç bir ittifaqa, xüsusən də Aİİ-yə yönəlməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net