Menyu

Rusiya 99 əsgərinin cəsədini Ukraynaya qaytarıb

Nərmin Qocamanlı
Rusiya 99 əsgərinin cəsədini Ukraynaya qaytarıb


Rusiya ilə müharibədə həlak olan ukraynalı əsgərlərin cəsədlərinin geri gətirilməsi üçün səylər göstərilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukraynada Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahından yazılı açıqlama verilib.

Açıqlamada araşdırmalar nəticəsində 99 əsgərin cəsədinin Ukraynaya qaytarıldığı, ölən əsgərlərdən 77-nin Donetsk istiqamətində, 20-nin Zaporojya istiqamətində, 2-nin isə Xarkovda döyüşən Ukrayna əsgəri olduğu bildirilib. 

Bəyanatda cəsədlərin qaytarılmasının Ukrayna Təhlükəsizlik Xidməti, Ukrayna Daxili İşlər Nazirliyi və digər dövlət qurumları ilə birgə həyata keçirildiyi paylaşılıb.

Qeyd olunub ki, qaytarılan meyitlərin qalıqları tanınması üçün məhkəmə-tibb müəssisələrinə göndəriləcək, sonra isə cəsədlər dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək.

Teqlər:

"Rusiya 99 \u0259sg\u0259rinin c\u0259s\u0259dini Ukraynaya qaytar\u0131b"

Əlaqəli Xəbərlər