Menyu

İsrail ordusunun hücumları nəticəsində Türkiyənin jurnalistləri yaralanıblar

Nərmin Qocamanlı
İsrail ordusunun hücumları nəticəsində Türkiyənin jurnalistləri yaralanıblar


İsrail ordusunun Qəzza zolağındakı Nusayrat Qaçqınlar Düşərgəsini bombalaması nəticəsində aralarında "TRT" ərəb komandasının da olduğu bir qrup jurnalist yaralanıb.

"Operativ Media" "TRT Haber"ə istinadən xəbər verir ki,  müstəqil operator kimi çalışan Sami Şahada ağır yaralanıb və əməliyyat olunub. "TRT Ərəbi" müxbiri Sami Berhum sağ-salamat xilas olub.

Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasındakı sağlamlıq mənbələri də hücumda operator Sami Şehadenin ayağından və bədəninin müxtəlif yerlərindən, "TRT ərəb" müxbiri Sami Berhumun isə yüngül yaralandığını bildirib.

Jurnalist Məhəmməd əs-Savalihinin də sağ əlindən yaralandığı bildirilib.

Qəzza hökumətinin Media Ofisi İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 140 jurnalistin həyatını itirdiyini açıqlayıb.

Teqlər:

"\u0130srail ordusunun h\u00fccumlar\u0131 n\u0259tic\u0259sind\u0259 T\u00fcrkiy\u0259nin jurnalistl\u0259ri yaralan\u0131blar"

Əlaqəli Xəbərlər