Menyu

Finlandiya prezidenti Rusiyaya yeni səfir təyin edib

Nərmin Qocamanlı
Finlandiya prezidenti Rusiyaya yeni səfir təyin edib

 

Finlandiya lideri Alexander Stubb Rusiyaya yeni səfir təyin edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 2024-cü il sentyabrın 1-dən Moskvadakı səfirliyə Marya Liivala rəhbərlik edəcək. O, əvvəllər Xarici İşlər Nazirliyinin Rusiya, digər Şərqi Avropa ölkələri və Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqə üzrə məsul şöbəsində işləyib.

Qeyd edək ki, 2020-ci ildən bu günə kimi Finlandiyanın Rusiyadakı səfiri vəzifəsini Antti Helantera tutur.

Teqlər:

"Finlandiya prezidenti Rusiyaya yeni s\u0259fir t\u0259yin edib"

Əlaqəli Xəbərlər