Menyu

DİM 2764 namizəd üçün dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

Əziz Əzizli
DİM 2764 namizəd üçün dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

Bu barədə "Operativ Media"ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 10 binada təşkil olunub.

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 2258 olmaqla, ümumilikdə 2764 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 239 nəzarətçi və 40 buraxılış rejimi əməkdaşı ayrılıb.

Aprelin 15-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər