Menyu

Meta "Threads"i Türkiyədə müvəqqəti bağlayacaq

Nərmin Qocamanlı
Meta "Threads"i Türkiyədə müvəqqəti bağlayacaq

Metanın mətn əsaslı sosial media platforması olan "Threads" aprelin 29-dan etibarən Türkiyədə müvəqqəti olaraq bağlanacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə şirkət açıqlama verib.

Bildirlib ki, tətbiq Türkiyə Rəqabət Qurumunun müvəqqəti əmrini yerinə yetirmək üçün müvəqqəti dayandırılacaq.

Keçən ay Meta platformalarla bağlı apardığı araşdırmada Rəqabət Təşkilatı gündə 4,8 milyon TL inzibati cərimə tətbiq etmək qərarına gəlib. Buna görə də "Instagram" və "Threads" arasında informasiyanın ötürülməsi mexanizmi nəticəsində baş verə biləcək məlumatların birləşmə davranışının qarşısını almaq üçün müvəqqəti tədbirlər görməyə qərar verib.

Açıqlamada o da bildirilib ki, "Facebook", "Instagram", "WhatsApp" və ya Türkiyədə xidmət göstərən hər hansı digər Meta tətbiqi bu vəziyyətdən təsirlənməyəcək.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər