"Telegram"da 16 yeni funksiya aktivləşəcək
Nərmin Qocamanlı
Tezliklə "Telegram" sosial şəbəkəsində 16 yeni funksiya yaradılacaq. Onlardan bəziləri artıq əlavə edilib.
"Operativ Media" xəbər verir ki, bunu "Telegram"ın həmtəsisçisi Pavel Durov bildirib.
O, bu açıqlamanı üçüncü tərəf proqramları olmadan stikerlər yaratmağa imkan verən sosial şəbəkənin son yeniləməsi fonunda verib.
"Biz bu ay daha 16 yeni funksiya təqdim edirik, onların əksəriyyəti artıq "Telegram"ın ən son versiyasına daxil edilib", - deyə o, bloqunda yazıb.
Durov təfərrüatları daha sonra açıqlayacağına söz verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net