Bakının bu hissələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Operativ Media"ya Azəriqaz İB-dən bildirilib.
Aprelin 16-da saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Süleyman Bağırov, Səməd Vurğun küçələrinin və 39\40-cı məhəllənin, eləcə də Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Teqlər:
"Bak\u0131n\u0131n bu hiss\u0259l\u0259rind\u0259 qaz t\u0259chizat\u0131nda m\u00fcv\u0259qq\u0259ti fasil\u0259 yaranacaq"