İsrailin müdafiə naziri Yoav Qalant bazar günü amerikalı həmkarı Lloyd Ostin ilə telefon danışığında bildirib ki, İsrail hakimiyyətinin İranın hücumuna cavab verməkdən başqa çarəsi yoxdur.
"Operativ Media" xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, israilli nazir həmkarına deyib ki, İsrail cavab tədbirləri görmədən İranın onun ərazisinə ballistik raketlər buraxmasına göz yuma bilməz. Qalant onu da vurğulayıb ki, İsrailin Suriyadakı hədəflərə hər dəfə zərbə endirdiyi zaman İranın birbaşa hücumla cavab verməsi ilə razılaşmır. Öz növbəsində, Ostin gərginliyin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazım olduğunu qeyd edib.
Portalın əlavə edib ki, şənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Amerika prezidenti Co Bayden bildirib ki, ABŞ İranın hücumu ilə bağlı İsrailin cavab tədbirlərini dəstəkləməyəcək və bu, ABŞ-nin bölgədə müharibəyə cəlb olunmasına səbəb ola bilər.