http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qırğızıstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

15 Aprel 2024 , 22:45
Qırğızıstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Qırğız Prezidenti Sadır Japarov aprelin 24-25-i tarixlərində Azərbaycana səfəri planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev "Sputnik Qırğızıstan"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfər zamanı 10-dan artıq sənədin imzalanması nəzərdə tutulur.

Həmçinin artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi, ilk növbədə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu otelin tikintisi müzakirə ediləcək.

Səfir xatırladıb ki, S.Japarov ötən ilin noyabrında Bakıda keçirilən SPECA sammitində iştirak edib:

"Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onlar arasında dərin işgüzar münasibətlər mövcuddur. Bununla yanaşı, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfəri çərçivəsində Prezident Sadır Japarovu Azərbaycan Prezidenti İlham Əliyevin adından COP29 sammitində iştirak etmək üçün bu ölkəyə səfərə dəvət edib".//Report//

OXŞAR XƏBƏRLƏR
Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir

Putin KXDR-ə səfər edəcək

Putin KXDR-ə səfər edəcək

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu