16 Aprel 2024, 13:51
QMİ Həcc kvotasının azaldılmasının səbəbini açıqladı
QMİ Həcc kvotasının azaldılmasının səbəbini açıqladı şəkil
QMİ Həcc kvotasının azaldılmasının səbəbini açıqladı

Qafqaz Müsəlmanları İdarəsi bu üçün Həcc ziyarətinin kvotasının azalmasının səbəbini açıqlayıb.

QMİ-dən "Operativ Media"ya verilən məlumata görə, kvotanın azaldılmasına səbəblərdən biri bəzi işbaz şirkətlər və yaxud fərdlərin insanları aldatması olub.

"Belə ki, keçən il Həcc mövsümündən sonra, yəni iyul ayının sonunda Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi bir çox ölkələrə, o cümlədən, Azərbaycan vətəndaşlarına elektron viza almaq şəraitini yaradıb.

Bəzi işbaz şirkətlər və yaxud fərdlər bu elektron viza ilə insanları aldadaraq onları daha ucuz qiymətə Həcc ziyarətinə aparacaqlarına vəd veriblər. Hazırda təxminən 500-ə yaxın vətəndaş bu işbazların qurbanına çevrilib.

 

 

İkinci səbəb odur ki, Həcc Nazirliyi prosedurların erkən bitirilməsini tələb edir, bu il hərilki kimi deyil, ötən illərdən fərqli olaraq, bu il elektron sistemdə sənədləşmə və viza işlər 1 ay tez bitməlidir.

Nazirliyin təyin etdiyi vaxta əsasən bütün prosedurlar, o cümlədən, vizaların verilməsi aprel ayının sonuna kimi tamamlanmalıdır", - qurumdan bildirilib.

Qeyd edək ki, bu il üçün Həcc kvotası 1500 təyin edilib, lakin ilkin kvota 2 mindən bir qədər çox idi.

Son xəbərlər
Pənah Hüseyn AXP sədrliyindən istefa verdi
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib