Menyu

Əfqanıstanda baş verən daşqında 50 nəfər həyatını itirib

Nərmin Qocamanlı
Əfqanıstanda baş verən daşqında 50 nəfər həyatını itirib

Ötən həftədən bəri davam edən güclü yağışlar Əfqanıstanın 34 vilayətindən 20-də daşqınlara səbəb olub.

"Operativ Media" xəbər verir ki, Əfqanıstan Milli Fəlakət Agentliyinin sözçüsü Janan Saeq açıqlama verib.

Bildirib ki, Pərvan, Uruzqan və Pəncşir də daxil olmaqla bir çox əyalətdə güclü yağış və daşqınlar nəticəsində 50 nəfər ölüb, 36 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, daşqın nəticəsində 600-dən çox ev, 1950 hektar kənd təsərrüfatı sahəsi və 75 kilometr yol zədələnib, 200-dən çox mal-qara tələf olub.

Saeq həmçinin yardım təşkilatlarının dəstəyi ilə seldən zərər çəkmiş 22 min 851 ailəyə yardım etdiyini və zərər çəkmiş bölgələrə yardımların çatdırılması prosesinin davam etdiyini qeyd edib.

Teqlər:

"\u018ffqan\u0131standa ba\u015f ver\u0259n da\u015fq\u0131nda 50 n\u0259f\u0259r h\u0259yat\u0131n\u0131 itirib"

Əlaqəli Xəbərlər