KİV: İran saxlanılan gəmidəki iki Pakistan vətəndaşını azad edib
İran hakimiyyəti əvvəllər saxlanılan İsrailin "MSC Aries" ticarət gəmisində işləyən iki Pakistan vətəndaşına gəmini tərk etməyə icazə verib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Geo" telekanalı İslam Respublikasının Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, "MSC Aries" ekipajının üzvləri olan iki Pakistan vətəndaşının azad edilməsi Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşlarının səyi nəticəsində mümkün olub. Qeyd olunur ki, İranın Pakistandakı səfiri Rza Əmiri Moqaddam İslam Respublikasının Xarici İşlər Nazirliyinə şəxsi səfəri zamanı bu barədə Pakistan tərəfini məlumatlandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net