Menyu

BMT: Qəzza zolağında bütün universitetlər dağıdılıb

BMT: Qəzza zolağında bütün universitetlər dağıdılıb

Qəzza zolağında əksər məktəblər və bütün universitetlər dağıdılıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə BMT-nin Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəhbəri Andrea De Domeniko bildirib.

"Məktəblərin böyük əksəriyyəti dağıdılıb və Qəzzada bir dənə də olsun universitet qalmayıb. Şagirdləri məktəbə qaytarmaq üçün illər lazım olacaq", - o deyib.

Domeniko qeyd edib ki, məktəblərə və universitetlərə hücumlar sistematikdir, xüsusən də universitetlərə.

Bundan əvvəl BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirmişdi ki, Qəzza zolağında İsrailin bombardmanlarına məruz qalmayan elə bir ərazi yoxdur. Evlərini tərk etmək məcburiyyətində qalan 1,7 milyona yaxın insan daimi təhlükə altında yaşayır

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər