"Nimbus Layihəsi"nə etiraz edən 9 "Google" əməkdaşı saxlanılıb
Nərmin Qocamanlı
"Google"un Nyu York və Kaliforniyadakı ofislərində şirkətlə İsrail arasında imzalanan 1,2 milyard dollarlıq "Nimbus Layihəsi" müqaviləsinə etiraz edən "Google" əməkdaşlarından 9-u saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Bildirilib ki, "Google" işçiləri şirkətin qabaqcıl süni intellekt texnologiyalarının İsrailə çatdırılmasını ehtiva edən “Project Nimbus” müqaviləsinə etiraz etmək üçün Nyu York və Kaliforniyanın Sunniveyl şəhərlərindəki ofislərə gediblər.
İşçilər saatlarla ofisdə oturaq etiraz aksiyası keçirərək “Google"u soyqırımı maliyyələşdirməkdə ittiham ediblər.
"Google" sözçüsü Bailey Tomson, bu hərəkətin "siyasətlərin pozulması" olduğunu müdafiə edərək, saxlanılan işçilərin şirkətin sistemlərinə girişinin kəsildiyini və bu şəxslərə inzibati məzuniyyət verildiyini bildirib.
Bu etirazlarda Amazon işçilərinin də iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Nimbus Layihəsi adlanan 1,2 milyard dollarlıq layihə üçün müqavilə 2021-ci ilin aprelində İsrail ilə "Google" və "Amazon" şirkətləri arasında imzalanıb.
Sözügedən sistem bütün verilənlər bazalarından, İsrail və ordusunun təmin etdiyi resurslardan, hətta küçə və dron kameraları kimi canlı müşahidə mənbələrindən bütün məlumatları toplamaq qabiliyyətinə malikdir.
Teqlər:
"\"Nimbus Layih\u0259si\"n\u0259 etiraz ed\u0259n 9 \"Google\" \u0259m\u0259kda\u015f\u0131 saxlan\u0131l\u0131b"