Menyu

Yunanıstanda işçilər 24 saatlıq ümumi tətilə başlayıblar

Nərmin Qocamanlı
Yunanıstanda işçilər 24 saatlıq ümumi tətilə başlayıblar

Yunan Həmkarlar İttifaqları Konfederasiyasının (GSEE) çağırışı ilə ölkə daxilində işçilər iqtisadi şəraitin yaxşılaşdırılması tələbi ilə 24 saatlıq tətilə başlayıblar.

"Operativ Media" xəbər verir ki, GSEE işçilərin maaşlarının artırılmasını və iqtisadi böhran zamanı ləğv edilən kollektiv müqavilələrin yenilənməsini tələb edib.

GSEE-nin çağırışı ilə ölkə daxilində keçirilən 24 saatlıq tətil çərçivəsində metro, tramvay və şəhərətrafı qatar kimi ictimai nəqliyyat vasitələri xidmət göstərməyib. Dəniz nəqliyyatı da kəsilib. Avtobuslar yalnız müəyyən saatlarda işləməyə qərar verib.

Tətil çərçivəsində işçilər paytaxt Afinada aksiya təşkil ediblər. Nümayişdə əmək haqqının artırılması, kollektiv müqavilə imzalanması kimi tələblərini dilə gətirən işçilər Parlament binasına doğru yürüş ediblər.

Teqlər:

"Yunan\u0131standa i\u015f\u00e7il\u0259r 24 saatl\u0131q \u00fcmumi t\u0259til\u0259 ba\u015flay\u0131blar"

Əlaqəli Xəbərlər