Menyu

Makron Aİ-yə İrana qarşı sanksiyaları genişləndirməyi tövsiyə edib

Makron Aİ-yə İrana qarşı sanksiyaları genişləndirməyi tövsiyə edib
1 dəq oxu

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Avropa İttifaqı (Aİ) İsrailə hücumundan sonra İrana qarşı sanksiyaları genişləndirməlidir.

"Operativ Media" xəbər verir ki, Makron bu barədə Aİ-nin sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib. 

"Biz şənbə və bazar günləri həyata keçirilən hücumlarda istifadə edilən raket və dronların istehsalına kömək edən bütün vasitələrin hamısını hədəfə ala biləcək sanksiyaların tərəfdarıyıq", - Makron qeyd edib.

Fransa prezidentinin sözlərinə görə, İrana qarşı sanksiyaların genişləndirilməsi "Aİ-nin borcudur".

Əlaqəli Xəbərlər