http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Etirazçılar Gürcüstan hakimiyyətinə bir saat vaxt veriblər

17 Aprel 2024 , 22:29
Etirazçılar Gürcüstan hakimiyyətinə bir saat vaxt veriblər

Tbilisidə parlament binası yaxınlığında toplaşan etirazçılar Gürcüstan hakimiyyətinə xarici agentlərlə bağlı qanun layihəsini geri götürmək üçün bir saat vaxt veriblər. 

"Operativ Media" xəbər verir ki, etirazçıların mesajlarını şair Rati Amaqlobeli tribunadan açıqlayıb.

"Biz bir saat ərzində "Gürcü Arzusu"nun gürcü xalqının sarsılmaz iradəsini gördükləri və konstitusiya məkanına qayıtdıqları barədə siyasi bəyanatını gözləyəcəyik", - deyə Amaqlobeli qanun layihəsinin geri götürülməsini gözlədiklərini bildirib.

Çərşənbə günü Tbilisidə vətəndaş cəmiyyətinin nümayəndələri və müxalifət siyasətçiləri xarici agentlər haqqında qanun layihəsinə etiraz etmək üçün yenidən parlament binasına toplaşıblar. Hələlik mitinqdə sakitlik hökm sürür. Polislə toqquşma yoxdur. Bazar ertəsindən parlament qarşısında aksiyalar keçirilir.

Çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda prezidentin, müxalifətin və Qərb diplomatlarının etirazına səbəb olan xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR
Alimlər Günəş sistemində mindən çox yeni asteroid kəşf ediblər

Alimlər Günəş sistemində mindən çox yeni asteroid kəşf ediblər

Antalyaya gələn turistlərin sayı 2 milyona çatır

Antalyaya gələn turistlərin sayı 2 milyona çatır

Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir

Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir

XƏBƏR LENTİ
  • 18:21

    Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb
  • 18:01

    Del Boske: “Real”ı çox çətin qarşılaşma gözləyir"
  • 17:57

    Elan saytlarında saxta məlumatlar yerləşdirərək çoxsaylı vətəndaşlardan “beh” alan dələduz saxlanılıb
  • 17:55

    Məhkəmə Anar Məmmədli barədə qərar verib
  • 17:53

    Prezident İlham Əliyev ABŞ-nin Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib
    Prezident İlham Əliyev ABŞ-nin Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib
  • 17:48

    Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı keçirilib
  • 17:36

    "Ehtiyat zabit hazırlığı kursu"na "Psixoloq" vəzifələri üçün növbəti qəbul başlayır
  • 17:33

    Alimlər Günəş sistemində mindən çox yeni asteroid kəşf ediblər
Menyu