Toivo Klaar Avropa İttifaqının Özbəkistandakı səfiri olacaq
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Xosep Borrell Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın namizədliyini Aİ-nin Özbəkistandakı səfiri vəzifəsinə irəli sürüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) məlumat yayıb.
Namizədin təyin edilməsi ilə bağlı qərar Özbəkistanın rəsmi razılığını aldıqdan sonra qüvvəyə minəcək.
Klaarın namizədliyi Aİ-nin üçüncü ölkələrdəki diplomatik nümayəndəliklərində müxtəlif yüksək vəzifələrə Borrel tərəfindən tövsiyə edilən 44 nəfərdən ibarət ümumi siyahıya daxil edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net