Menyu

Yaponiya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib

Əziz Əzizli
Yaponiya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın qərbindəki Ehime əyalətinin sahillərindəki Bunqo-suido boğazında 6,4 və 5 bal gücündə iki zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlamasına görə, 6,4 maqnitudalı zəlzələ yerli vaxtla saat 23.14-də, 5 maqnitudalı zəlzələ isə 23.19-da baş verib.

6,4 maqnitudalı zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudalı zəlzələ isə 40 kilometr dərinlikdə qeydə alınıb.

Ehime, Koçi, Oita və Xirosima əyalətlərində hiss olunan zəlzələlərdən sonra sunami xəbərdarlığı verilməyib.

 Bunqo-suido boğazı Seto daxili dənizini Filippin dənizi ilə birləşdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər