Menyu

Türkiyədən İsrailə daşınma həcmi 30 faiz azalıb

Nərmin Qocamanlı
Türkiyədən İsrailə daşınma həcmi 30 faiz azalıb

"Ankaranın bu ölkəyə ixracı məhdudlaşdırmaq qərarından sonra Türkiyədən İsrailə daşımaların həcmini 30% azaldıb".

"Operativ Media" xəbər verir ki, bu barədə Ekonomim qəzeti məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 15-də Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə qarşı sanksiyalar paketini açıqlayıb . Təl-Əviv humanitar yardımın çatdırılmasını təmin edənə və atəşkəs elan edənə qədər sanksiyalar qüvvədə qalacaq. Türkiyə Ticarət Nazirliyinin dərc etdiyi press-relizdə ixracı məhdudlaşdırılacaq 54 mal qrupu müəyyən edilib. Onların arasında aviasiya yanacağı, motor və mineral yağlar, sement, müxtəlif dəzgahlar var. Daha sonra Türkiyə prezident administrasiyası Ankaranın İsrail hərbi təyyarələri üçün yanacaq verməsi ilə bağlı xəbərləri təkzib edərək, bunun mülki aviasiya üçün nəzərdə tutulduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər