Menyu

Ərdoğan Tanzaniya prezidentini qəbul edəcək

Nərmin Qocamanlı
Ərdoğan Tanzaniya prezidentini qəbul edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Tanzaniya Birləşmiş Respublikasının prezidenti Samia Suluhu Həsəni qəbul edəcək.

"Operativ Media" xəbər verir ki, Ərdoğan həmkarını rəsmi mərasimlə qarşılayacaq.

Türkiyə prezidenti və qonaq prezident daha sonra ikitərəfli və heyətlərarası görüşlər keçirəcək.

Danışıqlardan sonra iki lider kameralar qarşısına keçərək mətbuat konfransı keçirəcək.

Görüşlərdə Türkiyə ilə Tanzaniya arasında əlaqələrin bütün aspektləri müzakirə olunacaq və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar nəzərdən keçiriləcək.

Aktual qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq danışıqlar çərçivəsində müxtəlif sazişlərin imzalanması gözlənilir.

Teqlər:

"\u018frdo\u011fan Tanzaniya prezidentini q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər