Almaniyada 2 nəfər rus casusluğu ittihamı ilə həbs edilib
Nərmin Qocamanlı
Almaniya və Rusiya vətəndaşlığı olan iki nəfərin Almaniyada xarici məxfi xidmət agenti olduqları səbəbilə həbs edildiyi bildirilib.
"Operativ Media" xəbər verir ki, Federal Prokurorluğun verdiyi açıqlamaya görə, Diter S. və Aleksandr J. Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən qurulan "Donetsk Xalq Respublikası (PRD) təşkilatına üzvlük" və onların Ukrayna ilə əlaqəsi səbəbi ilə saxlanılıblar.
Daha əvvəl barələrində həbs qətimkan tədbiri seçilən və nəzarətə alınan iki şübhəli hakim qarşısına çıxarılaraq həbs edilib.
Bundan əlavə, Bayvera Dövlət Kriminal Polis İdarəsi şübhəlilərin yaşayış və iş yerlərində axtarış aparıb.
Şübhəlilər məxfi xidmət agentləri olmaqla yanaşı, terror təşkilatına üzv olmaq, partlayıcı maddələr hazırlamaq, təxribat məqsədilə casusluq fəaliyyətləri, hərbi obyektlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər kimi müxtəlif hərəkətlərdə ittiham olunurlar.
Teqlər:
"Almaniyada 2 n\u0259f\u0259r rus casuslu\u011fu ittiham\u0131 il\u0259 h\u0259bs edilib"