SEPAH: İran İsrailə hücum edərkən müasir raketlərdən istifadə etməyib
Nərmin Qocamanlı
İsrailə cavab zərbəsi endirərkən İran tərəfi yalnız köhnəlmiş raket silahlarından istifadə edib.
"Operativ Media" Tasnim-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Generralı Əmir-Əli Hacızadə bildirib.
"Biz köhnəlmiş silahlardan və minimal vasitələrdən istifadə edərək İsrailə hücum etdik. Biz Xorrəmşəhr, Sajil, Shahed Haj Qassem, Khaybarshekan və ya Hypersonic 2 kimi raketlərdən istifadə etmədik. Biz İsraili və Qərb düşərgəsini öz tərəfimizdən minimum səylə maksimum silahdan istifadə etməyə məcbur etdik", - o, qeyd edib.