Menyu

ABŞ Çindən əvvəl Aya enmək istəyir

Nərmin Qocamanlı
ABŞ Çindən əvvəl Aya enmək istəyir

ABŞ Pekinin Yerin təbii peykini hərbiləşdirəcəyindən ehtiyat edərək Çindən əvvəl Aya enmək istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelsonun ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, Artemida proqramına əsasən, Amerika astronavtlarının Ayın cənub qütb bölgəsinə enməsi nəzərdə tutulur.

NASA rəhbəri qeyd edib ki, ABŞ-ın rəqabət apardığı Çinin də oxşar planları var:

“Biz inanırıq ki, onların dinc məqsədli kosmik proqramı bir çox cəhətdən hərbidir. Ümid edirəm, biz rəqabət aparacağıq”.

İcraçı onu da əlavə edib ki, taykonavtlar 2030-cu ilə qədər Yerin təbii peykinin səthində peyda olmalıdır. Çin tərəfi Amerika tərəfdən əvvəl Aya çatarsa, işğal altındakı ərazini özünə ayıra bilər ki, bu da kosmosdan dinc istifadə kimi qiymətləndirilə bilməz.

"Bizim ilk olaraq orada olmaq və dinc məqsədlər üçün istintaq işi aparmaq məsuliyyətimiz var", - Nelson deyib.

Teqlər:

"AB\u015e \u00c7ind\u0259n \u0259vv\u0259l Aya enm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər