Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb
Nərmin Qocamanlı
Omanda bazar günündən bəri davam edən güclü yağış və güclü küləklərin təsirləri sona çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Omanın ONA xəbər agentliyinin məlumat yayıb.
Bildirilib ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədi tapılıb.
Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Yardım əməliyyatları zamanı polis vertolyotları ilə 1630 vətəndaşın xilas edilib, 630 nəfər təxliyyə edilib, 202 axtarış-xilasetmə uçuşu əməliyyatı həyata keçirilib.